"Neftçi"nin legioneri zədələnib

"Neftçi" klubunun futbolçusu Sabiq Buqrin zədələnib.

"Report"un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi səfərdə "Qəbələ"yə qarşı keçirdikli Premyer Liqanın XIV tur oyununda xəsarət alıb.

Nəticədə 33-cü dəqiqədə meydanı tərk etməli olan Buqrini Sezar Meza Kolli əvəzləyib.

Daha əvvəl "ağ-qaralar"dan qapıçı Aqil Məmmədov, müdafiəçi Mamadu Mboc və yarımmüdafiəçi Xorxe Korrea eyni səbəbdən görüşü buraxıb.

Qeyd edək ki, "Qəbələ" hazırda 1:0 hesabı ilə öndədir.

Digər xəbərlər