"Neftçi" Honda ilə vidalaşdı

“Neftçi” klubu ulduz futbolçusu Keysuke Honda ilə rəsmən yollarını ayırıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin baş çatan müqaviləsi yenilənməyin.

"Ağ-qaralar" yaponiyalı oyunçuya göstərdiyi xidmətə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, bu ilin martında "Neftçi"yə keçən Keysuke Honda 7 oyunda 2 qol vurub.

Digər xəbərlər