"Neftçi"də çıxış edən legioner Afrika Millətlər Kuboku ilə vidalaşıb

"Neftçi"də icarə əsasında çıxış edən Mamadu Kanenin formasını geyindiyi Qvineya milli komandası Afrika Millətlər Kubokunda mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, 1/8 finalda Qambiya yığması ilə qarşılaşan kollektiv rəqibinə minimal hesabla uduzaraq, turnirlə vidalaşıb.

25 yaşlı dayaq yarımmüdafiəçisi bu qarşılaşmada meydana çıxmayıb.

Qeyd edək ki, Mamadu Kane müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsusdur.

Digər xəbərlər