Bakı. 23 iyul. REPORT.AZ/ “Neftçi” futbol komandasının təlim-məşq toplanışı keçdiyi Türkiyənin Afyon şəhərində Türkiyənin “Fənərbağça” və Fransanın “Olimpik" (Marsel) klubları arasında oyun olub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Afyon summer futbol fest” turniri çərçivəsində keçirilən matçı “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev, klub rəsmiləri və komanda üzvləri stadiondan izləyiblər.
Qeyd edək ki, görüş "Fənərbağça"nın qələbəsi ilə yekunlaşıb - 3:1.