Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirəcək.
"Report" xəbər verir ki, Miodraq Bojoviçin baş məşqçisi olduğu komanda Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Sportvereyn Valdhof”la üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
"Ağ-qaralar" ilk görüşündə Türkiyənin “Ərzurumspor” kollektivinə 1:3 hesabı ilə uduzub.