NBA-da ilk finalçı bəlli olub

Milli Basketbol Assosiasiyasında (NBA) ilk finalçı bəlli olub.

"Report"un məlumatına görə, "Oklahoma" həlledici raundda iştirak hüququ qazanıb.

Komanda yarımfinal mərhələsinin beşinci oyununda "Minnesota"nı 124:94 hesabı ilə üstələyib. Seriyada 4:1 önə keçən "Oklahoma" finala vəsiqə əldə edib.

Qeyd edək ki, digər yarımfinalda "Nyu-York Niks" və "İndiana" kollektivləri qarşılaşır. "İndiana" hazırda seriyada öndədir - 3:1.

Digər xəbərlər

Bakıda AFFA Fitnes C kursu başlayıb 15 sentyabr, 2026 / 17:17
Arsenal Fermin Lopeslə maraqlanır 15 sentyabr, 2026 / 16:09