Namik Ələskərovun komandasına yeni baş məşqçi təyin olunub

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"u yeni baş məşqçisini açıqlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "timsahlar" Özcan Bizatiyə tapşırılıb.

53 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. Bizati bu postda sentyabrın 19-da istefaya göndərilmiş Fatih Tekkeni əvəzləyib.

Qeyd edək ki, Özcan Bizati son olaraq "Genclerbirli" klubunda işləyib.

Digər xəbərlər