Bakı. 29 fevral. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" futbol komandasının baş məşqçisi bu gün saat 15:00-a təyin olunan məşqə çıxmayıb. "Report"un məlumatına görə, 67 yaşlı mütəxəssis klubun "Florya Metin Oktay" bazasında futbolçular və klub əməkdaşları ilə vidalaşıb.
Ardından o, "sarı-qırmızılar"ın prezidenti Dursun Özbeklə görüşmək üçün "Türk Telekom Arena"ya yollanıb.
Qeyd edək ki, "Qalatasaray" Super Liqanın XXIII turunda səfərdə "Qaziantepspor"a 0:2 hesabı ilə uduzduqdan sonra Mustafa Dənizli baş məşqçi vəzifəsindən istefa verməyi qərara aldığını açıqlayıb.