İspaniya təmsilçisi "Real"ın yarımmüdafiəçisi Luka Modriç cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə xorvatiyalı oyunçu sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən Madrid kollektivinin şərəfini qoruyur. 2018-ci ildə "Qızıl top" mükafatını qazanan 39 yaşlı xorvatiyalı futbolçu 6 dəfə Çempionlar Liqasının qalibi olub.