​Mişel Platini apellyasiya şikayəti verəcək

Bakı. 9 oktyabr. REPORT.AZ/ UEFA prezidenti Mişel Platini futbol fəaliyyətindən uzaqlaşdırılması ilə bağlı apellyasiya şikayəti verəcək.

"Report" xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətinin məlumatında bildirilir.

FIFA-nın Etika Komitəsinin istintaq palatasının oktyabrın 8-də çıxardığı qərara əsasən, M.Platininin futbol təsərrüfatında fəaliyyətinə 90 günlük qadağa qoyulub və bu səbəbdən UEFA prezidentinin Bakıya nəzərdə tutulan səfəri təxirə salınıb.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52