Rusiya yığmasının və ÇSKA-nın sabiq futbolçusu Yevgeni Aldonində uzunmüddətli və bahalı müalicə tələb edən ağır xəstəlik aşkarlanıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya Premyer Liqasının mətbuat xidməti məlumat yayıb.
Rusiyanın futbol ictimaiyyəti ümumi yardım aksiyasına qoşulmağa, keçmiş futbolçuya və onun ailəsinə maddi dəstək göstərməyə çağırılıb.
Qeyd edək ki, 45 yaşlı sabiq futbolçu ÇSKA-nın heyətində iki qat ölkə çempionu, Rusiya kubokunun beş qat qalibidir. O, həmçinin UEFA Kubokunun da qalibi adını qazanıb. Rusiya millisində 29 oyun keçirmiş yarımmüdafiəçi 2018-ci ildə karyerasını başa vurub.