Millimizin sabiq baş məşqçisi futbol tarixinin rəmzi yığmasına seçildi

Dünyaca məşhur "France Football" nəşri futbol tarixinin ən yaxşı ikinci və üçüncü rəmzi yığmalarını açıqlayıb.

"Report"un məlumatına görə, ikinci dərəcəli "11-lik"də Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres də yer alıb.

Rəmzi komandaya mərhum müdafiəçi ilə yanaşı, Braziliya yığmasının daha 3 üzvü daxil edilib.

Qapıçı: Canluici Buffon (İtaliya)

Müdafiəçilər: Karlos Alberto Torres, Roberto Karlos (hər ikisi Braziliya), Franko Barezi (İtaliya)

Yarımmüdafiəçilər: Zinəddin Zidan (Fransa), Andrea Pirlo (İtaliya), Frank Raykard (Niderland), Alfredo di Stefano (İspaniya), Qarrinça (Braziliya)

Hücumçular: Yohan Kroyf (Niderland), Ronaldinyo (Braziliya)

Rəmzi yığmaları "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.

Qeyd edək ki, Karlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan millisinə başçılıq edib. Braziliyalı mütəxəssis 2016-cı ildə dünyasını dəyişib.

Digər xəbərlər