Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Slovakiya və Yunanıstanla keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
"Report" xəbər verir ki, baş məşqçi Jose Alesio Da Silva bu gündən başlanan təlim-məşq toplanışına 16 oyunçu çağırıb.
Komanda üzvləri aprelin 5-dək Bakıda, 6 - 10 apreldə Slovakiyanın Levitse şəhərində hazırlıq keçəcək.
Aprelin 8-də Slovakiyanın qonağı olacaq Azərbaycan millisi aprelin 14-də Yunanıstanı qəbul edəcək.
| N | AD VƏ SOYAD | KLUB |
| 1 | Rövşən Hüseynli | Araz-Naxçıvan |
| 2 | Emin Kürdov | EKOL |
| 3 | Cavad Məmmədov | Neftçi İK |
| 4 | Xətai Bağırov | Araz-Naxçıvan |
| 5 | Rizvan Fərzəliyev | Araz-Naxçıvan |
| 6 | Fineo De Araujo | Araz-Naxçıvan |
| 7 | Hadi Ahmadi | Araz-Naxçıvan |
| 8 | Amir Şojaei | Araz-Naxçıvan |
| 9 | Ramiz Çovdarov | Araz-Naxçıvan |
| 10 | Tofiq Mikayılov | EKOL |
| 11 | Samir Həmzəyev | EKOL |
| 12 | Oktay Rüstəmli | Neftçi İK |
| 13 | İsa Atayev | Araz-Naxçıvan |
| 14 | Thiago Teles Martins | FC Salines Tuzla (Bosniya və Herseqovina) |
| 15 | Eduardo Borges | ACCSS FUTSAL (Fransa) |
| 16 | Everton Kardoso | Levante (İspaniya) |
Qeyd edək ki, Azərbaycan yığması 4 turdan III qrupda 12 xalla liderdir və Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edib.