Millimizin hücumçusu zədələndi

Azərbaycan millisinin və "Sumqayıt"ın futbolçusu Əli Qurbani zədələnib.

"Report"un məlumatına görə, 31 yaşlı hücumçu "Qarabağ"la ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda əzələsini dartıb.

63-cü dəqiqədə zədələnən təcrübəli oyunçu Elvin Məmmədovla əvəzlənib.

Qeyd edək ki, hazırda görüşdə ikinci hissə oynanılır və hesab açılmayıb. Sumqayıtdakı ilk qarşılaşma da qolsuz başa çatıb.

Digər xəbərlər