Millimizin futbolçusu koronavirusa görə karantinə alındı

Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi Ukrayna "Aleksandriya"sının bir neçə futbolçusunda koronavirus aşkarlanıb. 

"Report"un məlumatına görə, klub test nəticələri müsbət çıxan oyunçuların adlarını açıqlamayıb. "Aleksandriya" əsas komandanın təcrid edildiyini bəyan edib. 

Klubun məşqçiləri və işçiləri təcili testdən keçəcəklər. 

Qeyd edək ki, Pavel Paşayev 2017-ci ildən "Aleksandriya"da çıxış edir. 

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52