İspaniya klubu İsrafilovla yollarını ayırdı

Azərbaycan millisində çıxış etmiş futbolçu Eddi İsrafilov İspaniyanın "Albasete" klubundan ayrılıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Sequndanı 38 xalla sonuncu - 22-ci sırada başa vuran komanda 18 futbolçusu ilə vidalaşmalı olub.

Onların sırasında 29 yaşlı yarımmüdafiəçi Eddi İsrafilovun da adı var.

Qeyd edək ki, Eddi İsrafilov 2019-cu ildən "Albasete" formasını geyinirdi.

Digər xəbərlər