​Milli komandanın üzvü son oyununa çıxıb

Bakı. 12 aprel. REPORT/AZ/ Futzal üzrə Azərbaycan milli komandasının üzvü Rəcəb Fərəczadə son oyununa çıxıb. "Report"un məlumatına görə, 36 yaşlı futbolçu son oyunu dünya çempionatının "pley-off" mərhələsinin cavab görüşündə Hollandiya yığmasına qarşı keçirir.

Bu səbəbdən Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov və AFFA-nın baş katibi Elxan Məmmədov R.Fərəczadəyə hədiyyə təqdim ediblər.

Qeyd edək ki, R.Fərəczadə millinin heyətində 32 oyuna çıxıb və 15 qol vurub.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52