UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib.
"Report"un məlumatına görə, A, C və D Liqalarında ümumilikdə 10 oyun keçirilib.
A Liqasının 1-ci qrupunda Danimarkanı 2:1 hesabı ilə məğlub edən Xorvatiya seçməsi liderliyə yüksəlib. Avstriyanı 2 cavabsız qolla üstələyən Fransa yığması sonuncu pillədən qurtulub.
4-cü qrupda səfərdə Polşaya 2:0 hesabı ilə qalib gələn Niderland millisi liderliyini qoruyub. Qrupun digər görüşündə Belçika Uelsi məğlubiyyətə uğradıb - 2:1.
C Liqasının 1-ci qrupunda evdə Lüksemburqla 3:3 hesablı heç-heçə edən Türkiyə yığması B Liqasına vəsiqə qazanıb. Litva - Farer adaları matçında isə qalib müəyyənləşməyib - 1:1. Bu nəticədən qrupda sonuncu olan Litvanın D Liqasına düşəcəyi dəqiqləşib.
3-cü qrupda Belarusu 2:1 hesabı ilə məğlub edən Qazaxıstan seçməsi qrup liderliyini rəsmiləşdirib. Azərbaycan millisi Trnavada Slovakiyanı 2:1 hesabı ilə məğlub edərək ikinci pilləyə yüksəlib. Belarus kollektivi D Liqasına düşüb.
Nəhayət, D Liqasında Moldova səfərdə Latviya ilə, Andorra isə Lixtenşteynlə matçda qələbə qazanıb.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, V tur
A Liqası
1-ci qrup
Fransa - Avstriya - 2:0
Qol: Kilian Mbappe, 56. Olivye Jiru, 65