UEFA Millətlər Liqasının qrup mərhələsində II tura yekun vurulub.
"Report"un məlumatına görə, sonuncu oyun günündə A və B Liqalarında ümumilikdə 4 qarşılaşma oynanılıb.
A Liqasının 4-cü qrupunda Belçika Polşanı 6:1 hesabı ilə darmadağın edib və ilk qələbəsini qazanıb. Qrupun digər matçında Niderland səfərdə Uelsə qalib gələrək xallarının sayını 6-ya çatdırıb.
B Liqasının 1-ci qrupunda Şotlandiya Ermənistanı 2 cavabsız qolla üstələyib. Ukrayna isə səfərdə İrlandiyanı yenib - 1:0.
UEFA Millətlər Liqası
A Liqası
4-cü qrup
Uels - Niderland - 1:2
Qol: Riys Norrinqton-Deyvis, 90+2 - Teun Kopmeyners, 50. Vaut Veqhorst, 90+4