İtaliyanın "Milan" klubu yarımmüdafiəçi Kristian Pulişiçlə müqavilənin müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano bildirib.
26 yaşlı futbolçunun yeni müqaviləsinin müddəti 2029-cu ilə kimi nəzərdə tutulub. Həmçinin onun maaşı da artırılacaq.
Futbolçu bu mövsüm "Milan"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 38 oyunda 15 qol və 9 məhsuldar ötürmə müəllifi olub. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Serjiu Konseysaunun baş məşqçisi olduğu komanda hazırda İtaliya A Seriyasında 29 turdan sonra 47 xalla yeddincidir.