"Milan" futbolçusu ilə müqavilə müddətini artırıb

İtaliya təmsilçisi "Milan" futbolçusu Matteo Qabbia ilə müqavilə müddətini uzadıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu daha 5 il "qırmızı-qaralar"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, M.Qabbia cari mövsüm "Milan"ın heyətində 8 matçda iştirak edib və 1 qol vurub.

Digər xəbərlər

Bavariyada məşqçi təyinatı olub 02 yanvar, 2026 / 13:31