"Milan" baş məşqçisi ilə müqaviləni uzatdı

İtaliyanın "Milan" klubu baş məşqçisi Stefano Pioli ilə müqavilənin müddətini uzadıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı italiyalı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. 

Qeyd edək ki, Stefano Pioli 2019-cu ilin oktyabrında "Milan"a baş məşqçi təyin edilib. Komanda A Seriyasının bitməsinə 3 tur qalmış Avropa Liqasının təsnifat mərhələsinə vəsiqəni təmin edib. Milan təmsilçisi 35 matçdan sonra 59 xalla 5-ci sıradadır. 

Digər xəbərlər