Messi Pelenin rekordunu yenilədi

“Barselona” futbol klubunun argentinalı kapitanı Lionel Messi Braziliya millisinin keçmiş oyunçusu Pelenin bir klub üçün vurduğu qol rekordunu yeniləyib.

“Report”un məlumatına görə, 33 yaşlı hücumçu “Valyadolid” ilə matçın 65-ci dəqiqəsində fərqlənib.

“Barselona”da oynadığı müddətdə vurduğu qolları sayını 644-ə çatdıran Messi rekordçu Peleni ötüb.

Qeyd edək ki, Pele Braziliyanın “Santos” futbol klubunda 643 qol vurub.

Digər xəbərlər