Məşqçilərə diplomlar verilib

Bu gün AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərlə görüş keçirilib.

AFFA-dan “Report”a verilən məlumata görə, onlara müvafiq diplomlar verilib.

Diplomları AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və Təhsil proqramının rəhbəri Aslan Kərimov təqdim ediblər.

Digər xəbərlər