Məşhur qapıçının atası göldə boğuldu

İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson Bekerin atası Joze Beker dünyasını dəyişib.

"Report"un məlumatına görə, o, Braziliyadakı evinin yaxınlığındakı göldə boğulub.

Hadisə Rio-Qrandi-do-Sul şəhərindəki Lavras do Sul qəsəbəsində qeydə alınıb.

Qeyd edək ki, 2018-ci ildən "Liverpul"da çıxış edən Alisson Beker Braziliya yığmasının da üzvüdür.

Digər xəbərlər