İspaniyalı məşhur futbol hakimi koronavirusa yoluxdu

İspaniyalı məşhur futbol hakimi Antonio Mateu Laosda koronavirus aşkarlanıb.

"Report" İspaniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı referinin testi müsbət çıxıb və o, karantinə alınıb.

Təcrübəli hakim bu səbəbdən bir neçə həftə matçlardan uzaq qalacaq. O, yanvarın 14-də start götürəcək İspaniya Super Kuboku oyunlarında iştirak edə bilməyəcək.

Digər xəbərlər

Neymar zədəsini sağaldıb 10 fevral, 2026 / 13:07