Bakı. 21 iyul. REPORT.AZ/ Bakının Xəzər rayonunda piyada vurulma hadisəsi qeydə alınıb.
"Report" xəbər verir ki, Mərdəkan qəsəbəsində dənizkənarı yolda 1968-ci il təvəllüdlü Babaxanova Sevinc Fazil qızını minik avtomobili vuraraq ərazidən uzaqlaşıb.
Xəsarət alan qadın yaxınlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən sürücü saxlanılıb. Araşdırma aparılır.