"Sumqayıt" və "Neftçi" komandaları arasında keçiriləcək Azərbaycan Premyer Liqasının XXI turunun oyunundan əvvəl konsert proqramı təşkil olunub.
"Report"un məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda iki müğənni - Hiss və “Sumqayıt uşağı” Murad Arif çıxış ediblər.
Qeyd edək ki, görüş saat 15:00-da start götürəcək. Bu, arenada yenidənqurmadan sonra ilk matç olacaq.