İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen zədədən sonra yenidən komanda ilə birlikdə məşqlərə qatılıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı qolkiper ötən il ciddi zədələnərək əməliyyat olunmuşdu. Onun qarşıdakı matçlarda əsas heyətdə yer alacağı istisna edilmir.
Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən "Barselona"nın formasını geyinir. Qolkiperin kataloniyalılarla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.