Argentinalı sabiq yarımmüdafiəçi Dieqo Maradonanın 1986-cı ildə baş tutmuş dünya çempionatının 1/4 finalında İngiltərə millisinin qapısından keçirdiyi top ABŞ-də hərracda 3,3 milyon dollara satılıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, hərracın sahibləri satışdan təxminən 10 milyon dollar əldə etməyi planlaşdırırdılar.
Top 30 ildən çox Argentina və İngiltərə komandaları arasında DÇ-1986-nın 1/4 final oyununun baş hakimi Əli Bin Nasserdə saxlanılıb. Tunisli referi 2022-ci ildə topu 2,3 milyon dollara satıb.
Qeyd edək ki, qarşılaşma Argentina yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. D.Maradona sonradan bu qolu "Tanrının əli" adlandırmışdı.