"Mançester Yunayted" "Vest Hem” üzərində qələbə qazandı

İngiltərənin Mançester şəhərinin "Old Trafford" stadionunda ölkə Premyer Liqasının "Mançester Yunayted" və “Vest Hem Yunayted” komandaları arasında 28-ci turunun matçı keçirilib.

“Report” xəbər verir ki, görüş "Mançester Yunayted”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qol matçın 53-cü dəqiqəsində vurulub - qonaqlarının müdafiəçisi Kreyq Douson topu öz qapısına vurub.

"Mançester Yunayted” İngiltərə Premyer Liqasının 2020/2021 mövsümündə 29 matçda 57 xal yığıb və yarış cədvəlində ikinci yerə qayıdıb. Komanda yenidən "Lester Siti"ni qabaqlayıb. Sonuncunun 56 xalı var.

Digər xəbərlər

İnter yeni transferini açıqlayıb 26 yanvar, 2026 / 16:56