"Mançester Yunayted" Premyer Liqada rekorda imza atdı

İngiltərənin "Mançester Yunayted" klubu yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, "qırmızı şeytanlar" Premyer Liqanın XIII turunda səfərdə "Şeffild Yunayted"i 3:2 hesabı ilə məğlub edib.

"Mançester Yunayted" çempionatda ardıcıl 10 səfər matçında 2 və daha çox qol vuran ilk komanda olub. Mankunianlar "Tottenhem"in 1960-cı ildəki rekordunu qırıb.

Qeyd edək ki, komanda qələbə sayəsində 23-cü xalını qazanıb və 6-cı pilləyə yüksəlib.

Digər xəbərlər