"Mançester Yunayted"də yeni müqavilə

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Erik Bayi ilə yeni müqavilə imzalayıb.

"Report" Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Kot d İvuardan olan sağ cinah müdafiəçisinin sözləşməsinin müddəti 2024-cü ilin yayınadək uzadılıb.

Qeyd edək ki, 27 yaşlı oyunçu bu mövsüm "Mançester Yunayted"in heyətində cəmi 15 matçda meydana çıxıb və bir məhsuldar ötürmə edib.

Digər xəbərlər