Bakı. 7 aprel. REPORT.AZ/ "Mançester Yunayted" futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turunda "Mançester Siti"ni məğlub edib.
“Report” xəbər verir ki, Mançester şəhərinin "Etihad Stadium" stadionunda keçirilən görüş 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
"Mançester Siti" sona altı tur qalmış 84 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb, "Mançester Yunayted" 71 xal ilə ikincidir.
İngiltərə Premyer Liqası. 33-cü tur
"Mançester Siti" – "Mançester Yunayted" - 2:3
Qollar: 1:0 – Kompani – 25, 2:0 – Gündoğan – 30, 2:1 – Poqba – 53, 2:2 – Poqba – 55, 2:3 – Smollinq – 69