"Mançester Siti" UEFA-nın maliyyə "fair-play"inin pozulması halı ilə bağlı müraciətinə cavab verməkdən imtina edib

Bakı. 17 yanvar. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubu maliyyə "fair-play" qaydalarının pozulmasına dair iddiaları cavablandırmaqdan imtina edib.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, UEFA nümayəndələri kluba müraciət edərək Almaniyanın "Der Spiegel" nəşrində dərc olunan 2013 - 2015 illərdəki maliyyə fırıldaqçılığına münasibət bildirməsini istəyib. İngiltərə təmsilçisi isə bu barədə şərh verməkdən boyun qaçırıb.

Hazırda UEFA "Mançester Siti" ilə bağlı araşdırma aparmağı düşünür.

Qeyd edək ki, daha öncə "Mançester Siti"nin "fair-play" qaydalarını pozduğuna görə avrokuboklardan kənarlaşdırıla biləcəyi yazılıb. 

Digər xəbərlər

İnter yeni transferini açıqlayıb 26 yanvar, 2026 / 16:56