"Mançester Siti" "Tottenhem"ə uduzub

İngiltərə Premyer Liqasında XXVI turun mərkəzi görüşü "Mançester Siti" və "Tottenhem" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Mançesterdəki "Etihad" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2.

Hesabı 4-cü dəqiqədə London təmsilçisinin futbolçusu Deyan Kulusevski açıb. 33-cü dəqiqədə İlkay Gündoğan bərabərlik qolunu vursa da, 59-cu dəqiqədə Harri Keyn qonaqları yenidən önə çıxarıb.

Son 2 qol isə uzatma dəqiqələrinə təsadüf edib. 90+2-ci dəqiqədə Riyad Mahrezin penalti zərbəsi ilə tarazlıq bir daha bərpa edilsə də, 90+5-ci dəqiqədə Keyn özünün ikinci, komandasının qələbə topunun müəllifi olub.

Digər xəbərlər