"Mançester Siti"nin sabiq futbolçusu 33 yaşında vəfat edib

İngiltərənin "Mançester Siti" klubunun sabiq futbolçusu Kortni Mappen-Uolter 33 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə keçmiş müdafiəçinin daha əvvəl çıxış etdiyi "Böri" (İngiltərə) klubu məlumat yayıb.

Futbolçunun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Mappen-Uolter İngiltərənin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edib. O, 2013-cü ilə qədər "Mançester Siti"nin gənclər komandasında forma geyinib. Futbolçu ötən il peşəkar karyerasını başa vurub.

Digər xəbərlər