Lukaku "Real Madrid"ə qarşı oynamayacaq

İtaliya "İnter"inin futbolçusu Romelu Lukaku Çempionlar Liqasında İspaniya "Real Madrid"i ilə III tur matçını buraxacaq.

"Report"un məlumatına görə, 27 yaşlı hücumçu sol baldır əzələsindən xəsarət alıb. Bu səbəbdən, belçikalı forvard A Seriyasında VI turun "Parma" ilə oyununda (2:2) da iştirak etməyib.

Lukaku bu mövsüm bütün turnirlərdə 7 görüş keçirib və eyni sayda qol vurub.

Qeyd edək ki, noyabrın 4-də Madriddə baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52