UEFA Çempionlar Liqasında III tura start verilib. "Report"un məlumatına görə, turun ilk iki oyunu Rusiya və Ukrayna paytaxtlarında gerçəkləşib.
Moskvada "Lokomotiv" İspaniya "Atletiko"u ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 18-ci dəqiqədə Xose Maria Ximenesin vurduğu qola meydan sahiblərindən Anton Mirançuk 25-ci dəqiqədə penalti zərbəsi ilə cavab verib. Bununla da "Atletiko" 4 xalla A qrupunda 2-ci, "Lokomotiv" 2 xalla 3-cü pillədə qalıb.