“Liverpul”un yarımmüdafiəçisi Səudiyyə klubuna keçib

“Liverpul”un yarımmüdafiəçisi Fabinyo Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna transfer olunub.

“Report” xəbər verir ki, bu barədə Mersisayd təmsilçisi məlumat yayıb.

Qeyd edək ki, braziliyalı futbolçu “qırmızılar”ın heyətində 5 mövsüm keçirib və əsas heyətin oyunçusu olub. Onun hesabında 219 oyun və 5 kubok var.

Digər xəbərlər