İngiltərənin "Liverpul" klubunun hücumçusu Darvin Nunyes karyerasını Premyer Liqanın digər təmsilçisində davam etdirə bilər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "Arsenal" uruqvaylı forvardı transfer etməkdə maraqlıdır.
25 yaşlı futbolçunun transfer dəyəri 65 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, D.Nunyesin "Liverpul"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Uruqvaylı ön xətt oyunçusu İngiltərə çempionatının cari mövsümündə 23 oyun keçirib, 5 qola və 2 məhsuldar ötürməyə imza atıb.