"Liverpul" Məhəmməd Salahla müqavilə müddətini uzadıb

İngiltərə təmsilçisi "Liverpul" hücumçusu Məhəmməd Salahla müqavilə müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Misirli oyunçunun yeni sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, M.Salah cari mövsüm "Liverpul"un heyətində bütün yarışlarda 45 matçda 32 qol vurub.

Digər xəbərlər