İngiltərənin "Liverpul" klubu yayda futbolçusu Luis Diasla yollarını ayırmağa hazırdır.
"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, İspaniya təmsilçisi "Barselona" kolumbiyalı vingerin xidmətində maraqlıdır.
Mersisaydlıların baş məşqçisi Arne Slot müqavilə müddəti 2027-ci ildə başa çatacaq 28 yaşlı oyunçunun satılmasına icazə verib. Premyer Liqa komandası keçid üçün kataloniyalılardan 70 milyon avro tələb edəcək.
Qeyd edək ki, Luis Dias cari mövsüm "Liverpul"un heyətində 42 oyun keçirib, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.