"Lion" klubunun yeni sahibi bəlli olub

Fransanın "Lion" klubunun yeni sahibi bəlli olub.

"Report" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, ABŞ-dan olan milyarder Con Tekstor Liqa 1 təmsilçisinin böyük hissəsini satın alıb.

Onun rəhbərlik etdiyi "Eagle Football Holdings" səhmlərin 77,49 faizinə sahib çıxıb.

"Lion"un prezidenti Jan-Mişel Ola səhmləri satmağa razılaşıb. Qərar sayəsində klubun kapitalı 86 milyon avro artacaq.

Qeyd edək ki, Braziliyada "Botafoqo", İngiltərə isə "Kristal Pelas" "Eagle Football Holdings"ın nəzarətindədir.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52