La Liqa klubunun yeni baş məşqçisi açıqlandı

İspaniya "Xetafe"sinin yeni baş məşqçisi bəlli olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda yerli mütəxəssis Xose Migel Qonsalesə (Miçel) tapşırılıb. Onunla 2 illik müqavilə imzalanıb.

58 yaşlı mütəxəssis 10 ildən sonra keçmiş komandasına qayıdıb.

Qeyd edək ki, Xose Migel Qonsalesin son klubu Meksika " UNAM Pumas"ı olub.

Digər xəbərlər