La Liqa klubunun baş məşqçisi vəzifəsindən ayrılacaq

İspaniya təmsilçisi "Real Sosyedad"ın baş məşqçisi İmanol Alquasil cari mövsümün sonunda vəzifəsindən ayrılacaq.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 53 yaşlı mütəxəssis 2011-ci ildən bu yana "Real Sosyedad"da çalışır və fəaliyyətinə klubun aşağı yaş qruplarından ibarət komandalarında başlayıb.

Hazırda "Real Sosyedad" La Liqada 42 xalla 9-cu sırada yer alıb.

Xəbər lenti

Sabah 31 dərəcə isti olacaq 22 may, 2025 / 12:30