UEFA Konfrans Liqasının qrup mərhələsində II tura yekun vurulub.
"Report"un məlumatına görə, Türkiyənin turnirdəki digər təmsilçisi "Başakşehir" evdə İtaliya "Fiorentina"sı ilə qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 54-cü və 71-ci dəqiqələrdə Serdar Gürler, 90-cı dəqiqədə isə Bertran Traore vurub.
UEFA Konfrans Liqası
Qrup mərhələsi, II tur
15 sentyabr
A qrupu
23:00. "Başakşehir" (Türkiyə) - "Fiorentina" (İtaliya) - 3:0