UEFA Konfrans Liqasının qrup mərhələsində III tura yekun vurulub.
"Report"un məlumatına görə, "Qarabağ"ın yer aldığı H qrupunun digər oyununda "Bazel" İsveçrədə Kipr "Omoniya"sını sınağa çəkib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qalibiyyətdən sonra xallarını 7-yə çatdıran "Bazel" ilk pilləyə yüksəlib. "Qarabağ"la eyni xala malik komanda yalnız topların nisbətinə görə Ağdam təmsilçisini qabaqlayır. "Omoniya" isə 1 xalla sonuncu sırada qalıb.
22:40
UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda daha 9 oyun keçirilib.
"Report"un məlumatına görə, H qrupunda "Qarabağ" Bakıda Qazaxıstan "Kayrat"ı üzərində əzmkar qələbə qazanıb - 2:1.
Turun sensasiyası C qrupunda qeydə alınıb. İtaliya "Roma"sı Norveçdə "Budyo Qlimt"ə 1:6 hesabı ilə uduzub.
İngiltərə "Tottenhem"i isə Niderlandda "Vitess" klubu ilə bacarmayıb.
UEFA Konfrans Liqası, qrup mərhələsi
III tur
A qrupu
18:30. HİK (Finlandiya) - "Makkabi" (Təl-Əviv, İsrail) - 0:5
20:45. "Alaşkert" (Ermənistan) - LASK (Avstriya) - 0:3
Xal durumu: "Makkabi" - 7, LASK - 7, HİK - 3, "Alaşkert" - 0.
B qrupu
20:45. "Anortosis" (Kipr) - "Flora" (Estoniya) - 2:2
23:00. "Partizan" (Serbiya) - "Gent" (Belçika) - 0:1
Xal durumu: "Partizan" - 9, "Gent" - 6, "Flora" - 1, "Anortosis" - 1.
C qrupu
20:45. "Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya) - 6:1