Keysuke Honda tibbi müayinədən keçdi

"Neftçi" klubunun yeni transferi Keysuke Honda tibbi baxışdan keçib.

"Report" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi televiziyası məlumat yayıb.

Qeyd edək ki, "Neftçi" bu gün saat 17:00-da Keysuke Honda ilə müqavilə imzalayacaq. "Bakcell Arena"da baş tutacaq təqdimat mərasimi saat 17:00-da start götürəcək. Daha sonra isə "Zoom" proqramı vasitəsilə mətbuat konfransı keçiriləcək.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52