"Kəpəz" yeni transferini açıqlayıb

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Gəncə təmsilçisinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarımmüdafiəçi Keverton Resende Markolino transfer edilib.

Braziliyalı oyunçu ilə "1+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, o, son olaraq vətənində "Hersilio Luz" klubunda çıxış edib.

Digər xəbərlər